Kurumsal hediyeler, kurumlara özel fiyatlarıyla

arazmarket.az'da
750 TL VE ÜZERİ SİPARİŞLERİNİZDE KARGO BEDAVA!
0 (850) 393 7070
TR
  • Türkçe
  • İngilizce
  • Azerice
Kurumsal Hediyeler
Hakkımızda
Anasayfa/Blog/Ofis üçün sağlam nahar ideyaları

Ofis üçün sağlam nahar ideyaları

Ofis üçün sağlam nahar ideyaları
Paylaş

Müasir iş həyatında ofisdə uzun saatlar keçirmək sağlam və balanslı qidalanmanı çətinləşdirə bilər. Çox vaxt ya tez hazırlanmış, ya da “fast-food” seçimlərinə yönəlirik. Halbuki düzgün seçilmiş nahar enerjini artırır və gün boyu məhsuldarlığı yüksəldir.

Sağlam nahar yalnız “diyet qidası” demək deyil — o, balanslı protein, karbohidrat, yağ və vitaminlərin bir araya gəldiyi düzgün qidalanma modelidir.

Bu yazıda ofis üçün praktik və sağlam nahar ideyaları ilə tanış olacaqsınız.

Qril toyuqlu salat

Yüngül, eyni zamanda doyurucu nahar üçün ən klassik seçimlərdən biri qril toyuqlu salatdır.

Tərkib:

  • Qril toyuq filesi
  • Kahı və qarışıq göyərti
  • Xiyar, pomidor
  • Avokado (istəyə görə)
  • Zeytun yağı və limon suyu

Hazırlanması: toyuq filesini qril və ya tavada bişirin, sonra doğrayıb tərəvəzlərin üzərinə əlavə edin. Zeytun yağı və limon qarışığı ilə dadlandırın.

Hinduşkalı tam buğda sendviçi

Sürətli hazırlanması ilə ofis üçün praktik nahar variantlarından biridir.

Tərkib:

  • Tam buğda çörəyi
  • Hinduşka filesi
  • Pendir
  • Kahı, pomidor, xiyar
  • Xardal və ya qatıq sousu

Hazırlanması: çörək üzərinə hinduşka, pendir və tərəvəzləri yerləşdirin, istəyə görə sous əlavə edin.

Bulqurlu toyuq “bowl”

Enerji balansını dəstəkləyən doyurucu nahardır.

Tərkib:

  • Bişmiş bulqur
  • Qril toyuq
  • Brokoli və ya buğda bişmiş tərəvəzlər
  • Zeytun yağı
  • Limon suyu və ədviyyatlar

Hazırlanması: bişmiş bulquru qabın içinə əlavə edin, üzərinə qril toyuq parçalarını yerləşdirin, tərəvəzləri əlavə edin, daha sonra zeytun yağı, istəyə uyğun limon suyu və ədviyyatlarla dadlandırıb yaxşıca qarışdırın.

Yumurta və tərəvəz omleti

Sadə, sürətli və yüksək proteinli seçimdir.

Tərkib:

  • 2-3 yumurta
  • Bibər, pomidor, ispanaq
  • Az miqdarda pendir
  • Zeytun yağı

Hazırlanması: yumurtaları çalın, bibər, pomidor və ispanaq kimi tərəvəzlərlə qarışdırın, az miqdarda zeytun yağı ilə tavada bişirin, üzərinə pendir əlavə edin, hazır olduqdan sonra kiçik porsiyalar şəklində ofisə aparmaq üçün uyğun formada qabda yerləşdirin.

Qısa məsləhət.

Bu cür reseptlərin ən böyük üstünlüyü əvvəlcədən hazırlanıb ofisə rahat aparılmasıdır. Hazırlamaq üçün lazım olan məhsulların geniş çeşidini “Araz” supermarketlər şəbəkəsində asanlıqla tapıb həftəlik planlama ilə həm vaxt qənaət etmək, həm də daha sağlam qidalanmaq mümkündür.

1c:T1641,

Ümumiyyətlə, biz xalq olaraq ətli yeməkləri çox sevirik. Bəlkə də bir çoxunuz ailə daxilində, qonşuda və ya yaxın çevrədə “ətli yemək yeməyəndə elə bil doymuram” deyimi ilə qarşılaşmısınız. İnanırıq ki, ət deyəndə ilk ağlınıza toyuq, dana əti və ya quzu əti gəlir. Onsuz da bizim milli mətbəximiz demək olar ki, qeyd etdiyimiz ətl

Sepetim

750 TL VE ÜZERİ SİPARİŞLERİNİZDE KARGO BEDAVA! 🎉

Sepetin şu an boş

Sepetinde ürün bulunmamaktadır.