Kurumsal hediyeler, kurumlara özel fiyatlarıyla

arazmarket.az'da
750 TL VE ÜZERİ SİPARİŞLERİNİZDE KARGO BEDAVA!
0 (850) 393 7070
TR
  • Türkçe
  • İngilizce
  • Azerice
Kurumsal Hediyeler
Hakkımızda
Anasayfa/Blog/Günün enerjisi imsakdan başlayır. Tox saxlayan qidalar

Günün enerjisi imsakdan başlayır. Tox saxlayan qidalar

Günün enerjisi imsakdan başlayır. Tox saxlayan qidalar
Paylaş

Ramazan ayında imsak zamanı düzgün qidalanmaq, gün ərzində enerjili və tox qalmaq üçün çox önəmlidir. Bu yazıda sizə həm doyurucu, həm də sağlam imsak menyusu üçün tövsiyələr təqdim edəcəyik.

Hansı qidalar daha doyumludur?

Tox saxlayan qidalar zülal, lif və sağlam yağlarla zəngin qidalardır. Bu qidalar mədədə daha uzun müddət qalır, qan şəkərinin sabit qalmasına kömək edir və gün ərzində enerjini qoruyur.

Məsələn:

· Yumurta və süd məhsulları (proteinlə zəngin)

· Tam taxıllı məhsullar (liflə zəngin)

· Paxlalılar (noxud, lobya)

· Meyvələr və qoz-fındıq (vitamin və sağlam yağlar)

Bu qidaları “Araz” Supermarketlər şəbəkəsinin zəngin məhsul çeşidindən faydalanaraq rahatlıqla əldə edə bilərsiniz. Yumurta, pendir, qatıq və müxtəlif qoz-fındıq növləri sizə sağlam və doyurucu imsak üçün lazım olan əsas komponentləri təmin edəcək.

İmsak menyusu üçün praktik tövsiyələr

1. Proteinlə zəngin səhər yeməyi

Yumurta: qaynadılmış, omlet, yaxud tərəvəzlərlə kimi hazırlana bilər

Pendir: südlü və ya göbələkli pendir çeşidləri

Süd və qatıq: zülalla zəngin smoothie, qatıq ilə meyvə qarışığı

Toyuq və ya dana əti ilə mini dürüm

2. Tam taxıllı və enerjili məhsullar

Kəpəkli və ya tam taxıllı çörək ilə sandviçlər (pendir + yumurta + tərəvəz)

Yulaf və balla zəngin səhər yeməyi

Sobada pendirli və ya ətli yuxa

Taxıl unu ilə meyvəli “pancake”

3. Sağlam yağlar və qoz-fındıq

Qoz, badam, fındıq və günəbaxan tumu qarışığı

Fındıq kremi və ya badam yağı ilə çörək

Avokado dilimləri ilə sendviç

4. Meyvə, tərəvəz və ləzzətli əlavələr

Təzə meyvələr: banan, alma, portağal, giləmeyvə

Tərəvəzlər: xiyar, pomidor, bibər, göyərti

Meyvə və qoz-fındıqla birgə doyurucu salat

5. Susuz qalmayın

İmsak zamanı azı 1-2 stəkan su içmək vacibdir

Təzə sıxılmış meyvə şirələri isə həm su, həm də vitamin təmin edir

İmsakla gün boyu enerjili qalın

Fərqli və doyurucu imsak yeməklərini sınayaraq gün boyu enerjili qalmaq mümkündür. Səhər yeməyinizi planlayın və öz sevimli menyunuzu yaradın.

22:T1641,

Ümumiyyətlə, biz xalq olaraq ətli yeməkləri çox sevirik. Bəlkə də bir çoxunuz ailə daxilində, qonşuda və ya yaxın çevrədə “ətli yemək yeməyəndə elə bil doymuram” deyimi ilə qarşılaşmısınız. İnanırıq ki, ət deyəndə ilk ağlınıza toyuq, dana əti və ya quzu əti gəlir. Onsuz da bizim milli

Sepetim

750 TL VE ÜZERİ SİPARİŞLERİNİZDE KARGO BEDAVA! 🎉

Sepetin şu an boş

Sepetinde ürün bulunmamaktadır.