Kurumsal hediyeler, kurumlara özel fiyatlarıyla

arazmarket.az'da
750 TL VE ÜZERİ SİPARİŞLERİNİZDE KARGO BEDAVA!
0 (850) 393 7070
TR
  • Türkçe
  • İngilizce
  • Azerice
Kurumsal Hediyeler
Hakkımızda
Anasayfa/Blog/Dünyaca məşhur yeməklər və hekayələri

Dünyaca məşhur yeməklər və hekayələri

Dünyaca məşhur yeməklər və hekayələri
Paylaş

Heç yemək yeyərkən “Görəsən bu yemək necə ərsəyə gəlib?” deyə düşünmüsünüzmü? Bu bloqda dünyaca məşhur bir neçə qidanın məhz tarixi hekayəsindən bəhs edəcəyik.

Kruassan

Hazırda market və supermarketlərdə də satışda olan, sevərək nuş etdiyimiz kruassanın Osmanlı imperiyası ilə əlaqəsi olduğunu desək nə deyərdiniz? Rəvayətə görə Osmanlı əsgərləri Vyananı mühasirəyə alarkən tunellər qazırlar. Gecə işləyən çörəkçilər bu tunelin səsini eşidib öz əsgərlərinə xəbər çatdırırlar. Daha sonra Vyananın azad edilməsini qeyd etmək üçün Osmanlı bayrağındakı ayparadan ilhamlanaraq hamının sevərək yediyi kruassan hazırlayırlar.

Pizza Marqarita

Marqarita İtaliya kralı I Umbertonun həyat yoldaşının adıdır. Kraliça Neapoldakı sarayında tətildə olarkən aşpazlarından qiyməti münasib olduğu üçün xalqın daimi yediyi pizzadan hazırlamaqlarını istəyir. Lakin saray aşpazları bu resepti bilmədikləri üçün yaxınlıqdakı ucuz pizza restoranına zəng edərək sifariş edirlər. Hazırlanan bir neçə pizzadan kraliça daha çox pomidor və mozzarellalı olanı bəyənir. Dünyanın ən məşhur pizzasının adı da məhz buradan gəlir.

Falafel

Hazırda ölkəmizdə də məşhur olan ərəb mənşəlli bu qidanın maraqlı hekayəsi var. Belə ki, rəvayətə görə heyvan mənşəli qidaların istifadəsinin qadağan olunduğu dövrdə əti falafel ilə əvəz edirdilər. Yerli əhali bu dövrü “Böyük Pəhriz” dövrü kimi də adlandırırdı. Bu dövrlərə aid olan falafel əvvəlcə lobya ilə hazırlansa da, daha sonra noxudla hazırlanmağa başlayır. Bəs siz? Falafel sevirsinizmi?

1c:T1173,

Yay öz rəngarəngliyi, al-əlvanlığı və isti havaları ilə birlikdə gəlir!
Amma yay yaxınlaşdıqca xüsusilə xanımları təlaşa salan bir məsələ ortaya çıxır: artıq çəki.
Əslində, birdəfəlik diyetlərdən yarar

Sepetim

750 TL VE ÜZERİ SİPARİŞLERİNİZDE KARGO BEDAVA! 🎉

Sepetin şu an boş

Sepetinde ürün bulunmamaktadır.