Kurumsal hediyeler, kurumlara özel fiyatlarıyla

arazmarket.az'da
750 TL VE ÜZERİ SİPARİŞLERİNİZDE KARGO BEDAVA!
0 (850) 393 7070
TR
  • Türkçe
  • İngilizce
  • Azerice
Kurumsal Hediyeler
Hakkımızda
Anasayfa/Blog/Detoks suları | Ev şəraitində hazırlaya biləcəyiniz 3 asan resept

Detoks suları | Ev şəraitində hazırlaya biləcəyiniz 3 asan resept

Detoks suları | Ev şəraitində hazırlaya biləcəyiniz 3 asan resept
Paylaş

Detoks suları son illərdə sağlam həyat tərzi ilə maraqlananların ən çox üstünlük verdiyi içkilərdən biridir. Ev şəraitində asanlıqla hazırlanan bu sular bədəni maye ilə təmin edir və təravət hissi yaradır.

Bu yazıda evdə hazırlaya biləcəyiniz 3 sadə və praktik detoks suyu reseptini təqdim edirik.

Detoks suyu nədir və nə üçün istifadə olunur?

Detoks suyu müxtəlif meyvə, tərəvəz, bitki və ədviyyatların su ilə birləşməsi nəticəsində hazırlanan içkidir. Əsas məqsəd bədəni maye ilə təmin etmək, şişkinlik hissini azaltmaq və gün ərzində daha gümrah hiss etməkdir.

Detoks suları, xüsusilə günə gümrah başlamaq istəyənlər, şirin və qazlı içkilərdən uzaq durmaq istəyənlər, daha çox su içməkdə çətinlik çəkənlər üçün ideal seçimdir.

“Araz” supermarketlər şəbəkəsində olan zəngin və keyfiyyətli meyvə-tərəvəz bölməsi sayəsində detoks suyu üçün lazım olan bütün məhsulları rahatlıqla tapa bilərsiniz.

1. Portağal və zəncəfilli detoks suyu

Tərkibi:

▪ 1 litr su (öncədən qaynadılmış, otaq temperaturunda və ya soyuq)

▪ ½ ədəd dilimlənmiş portağal

▪ Kiçik ölçüdə doğranmış zəncəfil parçaları

▪ İstəyə görə 1 xörək qaşığı bal (şirinlik üçün)

Hazırlanması:

Bütün inqrediyentləri suya əlavə edin və ən azı 2–3 saat soyuducuda saxlayın.

Bu detoks su əsasən günə enerjili başlamaq və həzmi dəstəkləmək üçün istifadə olunnur.

2. Alma, darçın və limonlu detoks suyu

Tərkibi:

▪ 1 litr su (öncədən qaynadılmış, otaq temperaturunda və ya soyuq)

▪ ½ ədəd dilimlənmiş alma

▪ 1 çubuq darçın

▪ Bir neçə damcı limon suyu

Hazırlanması:

Məhsulları su ilə qarışdırın, 2-3 saat soyuducuda və ya otaq temperaturunda saxlayın.

Bu resept daha aromatik dad sevənlər və yüngül şişkinlik hissindən şikayət edənlər üçün yaxşı seçimdir.

3. Limon və nanəli detoks suyu

Tərkibi:

▪ 1 litr su (öncədən qaynadılmış, otaq temperaturunda və ya soyuq)

▪ ½ ədəd dilimlənmiş limon

▪ Bir neçə yarpaq təzə nanə

Hazırlanması:

Bütün inqrediyentləri suya əlavə edib və ən azı 1–2 saat soyuducuda saxlayın. Daha intensiv dad üçün gecədən hazırlamaq olar.

Bu qarışıq xüsusilə isti havalarda sərinləşdirici və təravətləndirici təsir göstərir.

Detoks suyunu necə və nə vaxt içmək daha faydalıdır?

- Səhər acqarına 1 stəkan

- Gün ərzində adi su əvəzinə

- İdmandan sonra

Unutmayaq ki, detoks suyu sağlam qidalanmanın əvəzi deyil, sadəcə gündəlik su qəbulunu daha ləzzətli və faydalı hala gətirən alternativdir.

1c:T1641,

Ümumiyyətlə, biz xalq olaraq ətli yeməkləri çox sevirik. Bəlkə də bir çoxunuz ailə daxilində, qonşuda və ya yaxın çevrədə “ətli yemək yeməyəndə elə bil doymuram” deyimi ilə qarşılaşmısınız. İnanırıq ki, ət deyəndə ilk ağlınıza toyuq, dana əti və ya quzu əti gəlir. Onsuz da bizim milli mətbəximiz demək olar ki, qeyd etdiyimiz ətlər üzərinə qurulub, amma ətin dah

Sepetim

750 TL VE ÜZERİ SİPARİŞLERİNİZDE KARGO BEDAVA! 🎉

Sepetin şu an boş

Sepetinde ürün bulunmamaktadır.